Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
15:08
3614
O təyyarəni görən olmayıb

MH370 reysi ilə uçan sərnişin təyyarəsi 8 mart 2014-cü ildə itib. Malayziyanın paytaxtı Kuala Lumpurdan Çinin paytaxtı Pekinə doğru uçurdu.

Aradan keçən dörd ildən artıq müddətdən sonra "National Geographic" kanalı təyyarə barədə sənədli film yayımlayıb.

"Drain The Oceans" adlı sənədli filmdə bundan əvvəl heç zaman yayımlanmayan bir canlandırmaya müraciət edilib və təyyarənin okeana düşməmişdən əvvəl Hind okeanı üzərindəki peyklərlə siqnal mübadiləsi etdiyi iddia olunub.

"National Geographic" bildirir ki, peyk məlumatlarına görə içərisində 239 nəfər olan "Boeing 777" təyyarəsi radardan itdikdən sonra cənuba doğru geri dönüb və altı saata qədər havada olub.

"Drain The Oceans"ın canlandırmasına görə, yanacağı qurtaran və avtomatik pilotu bağlanan Malayziya Hava Yollarına aid təyyarə sürətlə okeana çırpılıb.

MH370-dən alınan son məlumata görə, təyyarə Cənubi Çin dənizi üzərində radarlardan itməzdən bir neçə dəqiqə əvvəl hər şey normal olub. Kabina briqadası Malayziya hava nəzarət sistemindən gələn radio siqnala, "aydındır" cavabını verib.

Təyyarə Malayziya ilə Vyetnam hava məkanının sərhədinə yaxınlaşanda Malayziya hava nəzarət qülləsindəki rəsmilər idarəetməni Ho Chi Minh şəhərindəki vəzifələrə təhvil veriblər. Bundan bir neçə dəqiqə sonra MH370 təyyarəsi ilə bütün rabitə kəsilib.

2015-ci ildə təyyarənin qalıqlarının Hind okeanındakı Reunion adasına çıxdığı bildirilsə də, sonradan qalıqların həmin təyyarəyə aid olmadığı bildirildi.

2017-ci ilin yanvarında MH370 reysi ilə uçuş edən təyyarənin axtarışı başa çatdırılıb. Avstraliya, Malayziya və Çində verilən birgə açıqlamada Hind okeanında 120 min kvadrat kilometrlik sahədə axtarışların uğursuz olduğu bildirildi.

Bu ilin iyul ayında isə 1500 səhifəlik istintaq hesabatı açıqlanıb. Hesabata görə, parçaları da tapılmayan təyyarənin harada olduğu və niyə itdiyi hələ də məlum deyil.

Təyyarənin tamamilə marşrutundan çıxdığı və Hind okeanında məlum olmayan yerdə düşdüyü ehtimal edilir.

Rəsmi hesabatda sadəcə bu qeyd edilir ki, təyyarə bir nöqtədən sonra avtomatik pilotdan çıxarılaraq əllə idarə edildiyi, pilot və qrupdan heç kəsin psixoloji və ya tibbi probleminin olmadığına işarə edilib. Hesabatda bildirilir ki, hadisə zamanı və sonra idarəetmə qülləsi bəzi qərarları vermkdə gecikib. Verilən gec qərarlar da hadisənin təcili olmasının başa düşülməsində və müdaxilədə gecikməyə yol açıb.

Məqalədə : Malayziya təyyarəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2041

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru