
Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan burada yeni yollar çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülür. Hazırda 26 hektar ərazidə yolların salınması və abadlıq işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli FaktXəbər-ə açıqlamasında bildirib ki, uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması ötən il tam olaraq yekunlaşdırılıb.
A.Nəcəfli qeyd edib ki, Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür: "Hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdu".
O deyib ki, hazırda layihə üzrə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri aparılır: "Bu çərçivədə Təzəpir məscidi kompleksinin qarşısında 12,9 min kv.m sahədə 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib və hazırda son tamamlanma işləri aparılır. Sözügedən avtodayanacağın üzərində parkın salınması üzrə işlər isə 90% yerinə yetirilib".
Ağentliyin sözçüsü əlavə edib ki, Akademik Milli Dram Teatrının qarşısındakı parkın yenidən qurulması işləri isə 70% yerinə yetirilib:
"Füzuli, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələri üzərindən piyada korpülərinin tikintisi işləri 90% başa çatıb. M.Əliyev və A.Şaiq küçələri arasında olan sahədə parkın tikintisi üzrə torpaq işləri 90%, bitki örtüyü – 70%, suvarma sistemi – 70%, drenaj işləri – 95%, elektrik işləri 55% yerinə yetirilib. Həmçinin parkda ərazi boyunca 670 ədəd ağac əkilib. Hazırda parkın ot örtüyünün salınması işləri aparılır".
A.Nəcəfli bildirib ki, N.Nərimanov prospekti ilə A.Şaiq küçəsinin arasında olan sahədə idman meydançalarının, həmçinin prospektdə yeraltı piyada keçidinin tikintisi üçün hazırlıq işləri aparılır: "Layihənin tam olaraq 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun17-01-2020 17:07 “Sovetski” ərazisində söküntü işləri dayandırılıb
22-08-2019 10:50 Metropoliten tikintisi "Sovetski" sakinlərini narahat edir - FOTO
14-05-2019 14:37 "Sovetski"nin yeni görkəmi - FOTO
01-05-2019 11:20 Nizami metrosuna görə "Sovetski"nin bu hissəsi sökülməyəcək
15-03-2019 09:23 "Sovetski"də kompensasiyanın məbləği artırıla bilər
14-03-2019 09:20 Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi
- 25-06-2020 09:51 Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
- 19-06-2020 12:02 Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- 19-06-2020 10:34 Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə verilir - BNA
- 19-06-2020 10:25 Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq
- 19-06-2020 09:41 BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq
- 18-06-2020 10:57 Bakı metrosunda sərnişinlər üçün YENİLİK
- 18-06-2020 10:44 BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı
- 17-06-2020 12:00 Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür
- 17-06-2020 11:16 Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur
- 17-06-2020 10:36 Sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur
- 16-06-2020 12:00 Salyanda yol tikintisinə 5.6 milyon manat ayrılıb
- 13-06-2020 14:25 Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı
- 12-06-2020 17:56 Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır
- 12-06-2020 17:51 Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq
- 12-06-2020 17:29 DYP: İcazə portalında adı olanlar avtomobillərində ailə üzvlərini gəzdirməməlidir
- 12-06-2020 16:49 Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi
- 12-06-2020 15:51 Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq
- 12-06-2020 15:26 Dəmir yolu qatarlarında kondisionerlər işləyəcəkmi?
- 11-06-2020 18:00 Naxçıvana uçuşların vaxtı açıqlandı
- 11-06-2020 17:53 İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
- 11-06-2020 17:23 Hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi
- 11-06-2020 17:15 BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
- 11-06-2020 15:09 “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu genişləndirilir
- 11-06-2020 14:19 Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq
- 11-06-2020 12:16 Prezident Binəqədinin yolları ilə bağlı sərəncam verdi