Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
14:49
Fransa hökumətindən separatçı rejimə daha bir dəstək - Qarabağa yeni səfər

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransadan növbəti səfər həyata keçirilib. FaktXəbər "news.am"a istinadən bildirir ki, qondarma rejimin xarici işlər naziri kimi özünü təqdim edən Masis Mailyan Fransanın Alforvil şəhərinin meri Mişel Jerşinoviçi Dağlıq Qarabağda qəbul edib.

İşğal altında olan Azərbaycan ərazisində keçirilən görüşdə tərəflər Qarabağ və Alforvil arasında dostluq memorandomu imzalayıblar.

Qeyd edək ki, bundan əvvəl də 2011-ci ildə Fransadan olan bir qrup deputat, 2015-ci ildə isə tanınmış siyasətçilər separatçı rejimə dəstək məqsədli bu cür səfərlər həyata keçirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 21:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com