Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
12:08
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər

Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. “İslahatçı Gənclər” İctimai Birliyi və Polşa Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə keçirilən aksiyada Ermənistanın işğalçılıq siyasətinə etiraz olunub.

İctimai Birlikdən FaktXəbər-ə bildiriblər ki, aksiya iştirakçıları olan gənclər Azərbaycan və ingilis dillərində “Xocalıya ədalət”, “Girovlarımızı azad et”, “Torpaqlarımızdan geri çəkil” kimi şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, aksiyanın keçirilməsində məqsəd Polşa və ümumilikdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməkdir. O, Ermənistanın 27 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxladığını, mülki vətəndaşlarımıza qarşı dövlət səviyyəsində terror siyasəti apardığını deyib. F.Şahbazlı vurğulayıb ki, öz ata-babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir erməni girovluğundadır və ağır işgəncələrə məruz qalırlar.

Birlik sədri eyni zamanda qeyd edib ki, 2 yaşlı Zəhranın timsalında onlarla azərbaycanlı mülki və günahsız şəxs Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olub: “Ancaq beynəlxalq birlik hələ də bu baş verənlərə susur. Biz dünya ictimaiyyətindən Ermənistanın təcavüzkar və terrorçu siyasətinə etiraz etməsini tələb edirik”.

Polşa polisi Ermənistan səfirliyinin çağırışı ilə aksiyanın qarşısını almağa gəlsə də, polislərə aksiyanın məqsədi, Ermənistanın mülki şəxslərə qarşı etdiyi vəhşiliklər, Xocalı soyqırımı barəsində məlumat verildikdən sonra onlar aksiyanın baş tutmasına mane olmayıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 20:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com