Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
11:01
Bu cərimələr 10 min manat qədər artırılır

Azərbaycanda yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmaya görə cəzalar sərtləşdirilir.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin məbləği aşağı həddi 6 min, yuxarı həddi isə 10 min manat nəzərdə tutulur. Bundan başqa, bəndə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası da əlavə edilir.

Maddəyə əlavə edilən, 255.2-ci bəndə əsasən, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 3 ildən 5 il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq..

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cərimə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 07:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com