Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
10:09
3305
Rusiya İL-20-nin vurulmasında İsrailin təqsiri ilə bağlı yeni SÜBUT təqdim etdi-VİDEO

RF Müdafiə Nazirliyi Rusiyanın İl-20 təyyarəsinin vurulması ilə bağlı  yeni məlumatları dərc edib. FaktXeber.com-un MK-ya istinadla məlumatına görə, informasiya Hmeymim aviabazasında S-400 zenit raket sisteminin döyüş idarə məntəqəsinin indikatorlarından götürülüb.

RF Müdafiə Nazirliyinin müavini general mayor İqor Konaşenkov bildirir ki, radiolokasiya vasitəsi təkcə aerodinamik deyil, həmçinin ballistik trayektoriya üzrə hərəkət edən yüksək sürətli hədəfləri tapmağa və müşaiyyət etməyə imkan verir.

Bu məlumatlar nəinki şahidlik edir, hətta sübut edir ki, İL-20 faciəsinin təqsiri bütünlüklə İsrail HHQ-nin üzərindədir"

Konaşenkov S-400-ün Suriyanın S-200 kompleksinin raketinin İsrailin F-16-ya buraxılışını qeydə alıb. O, ekranda  bu raketin uçuş istiqamətini, həmçinin Rusiyanın və İsrailin  təyyarəsinin vəziyyətini göstərib. MN rəsmisi vurğulayıb ki, təqdim olunan materiallarda raketin uçuş istiqamətindən İsrail təyyarəsini hədəflədiyi görünür.

Lakin birdən S-400 «görür» ki, İsrail təyyarəsinə yaxınlaşan raket qəfil istiqamətini dəyişərək  İl-20-yə tərəf yönəlir.

Raket İl-20-ni saat 22:02:45-də vurub. 

«Bu vaxt F-16-lar İl-20-nin qəzaya uğradığı ərazidə qalmışdılar, daha  İsrail Ordusunun iddia etdiyi kimi uçub getməmişdilər», - deyə Konaşenkov  vurğulayıb. 

Bundan sonra faciədən sonra havadakı vəziyyətin əks olunduğu slayd təqdim olunub.

Konaşenkov Rusiya hava gəmisinin işarəsinin ekranlardan itdiyini, F-16-ların isə hələ də həmin ərazidə qaldığını, qırıcılardan birinin isə faciə yerinin lap yaxınlığında olduğunu göstərib.

«Diqqət edin, hava hədəfi F-16-nın nömrəsi dəyişib. Bu onu göstərir ki, faciədən dərhal sonra o, qəfil istiqamətini və uçuş hündürlüyünü dəyişib, bütün bunlar S-400 radiolokasiyası tərəfindən  dəqiq qeydə alınıb », - deyə Konaşenkov bildirib.

MN nümayəndəsinin sözlərinə görə, bütün bunlar Suriyada İl-20 ilə bağlı faciənin bütün təqsirinin İsrail HHQ-nin üzərində olduğuna nəinki şahidlik edir, hətta sübut edir.

«İsrail hərbi qurumunun 15 hərbçinin həlak olmasıyla bağlı faciə ilə əlaqələrinin olmadığı haqqında ürkək bəyanatları yalandır», - deyə Konaşenkov vurğulayıb.

Məqalədə : İl-20 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
540

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
370

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
234

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
193

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
190

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
324

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
393
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 04:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru