Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
09:19
Dünən Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Bu haqda Faktxeber.com Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan yolları qəza 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 15:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com