Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
16:09
Fövqəladə hallar naziri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 28-də saat 11.00-da Horadiz şəhərində, Muğam Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən FaktXeber.com-a bildiriblər ki, qəbulda yalnız Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin binasında sentyabrın 27-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kəmaləddin Heydərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 20:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com