Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
14:35
2794
Bu il 83 nəfər dərmandan zəhərlənib

Bu ilin əvvəlindən indiyədək 83 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Bunu Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu il ərzində 92 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.

A.Maqsudov hesab edir ki, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Onun sözlərinə görə, vitaminlərin qəbulu xeyirli olsa da, onların dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər:

“Eyni zamanda, soyuqdəyməyə qarşı dərmanlar da müəyyən allergik reaksiyalar verə bilər. Eyni zamanda, qaraciyər, qan təzyiqi üçün olan dərmanların da əlavə təsirlər yaratması mümkündür. Buna görə də belə dərmanları qəbul edən şəxslər olduqca ehtiyatlı olmalıdırlar”.

A.Maqsudov bildirib ki, insanlarda çox zaman dərmanların əlavə təsirlərini venadaxili, inyeksiya şəklində qəbul edilən dərmanlar yaradır.

Toksikoloq dərmanın əlavə təsirlərinin qeydə alınması ilə dərmandan zəhərlənmə arasında fərqlərin olduğunu da deyib.

Onun sözlərinə görə, dərmanın əlavə təsirləri özünü allergik reaksiya kimi biruzə verir: "Bu zaman dəridə qızarma olur, başgicəllənmə yaranır. Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşayır, amma bu əlamətlər dərman zəhərlənməsi deyil. Dərman zəhərlənməsi laboratoriyada qanın toksiki-kimyəvi analizi vasitəsilə ilə müəyyən olunur. Bu analizin müayinəsi zamanı dərman zəhərlənməsinin baş verib-vermədiyini və hansı tip dərmandan baş verdiyi təsdiqlənir. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldıqda tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir”. (trend.az)

Məqalədə : Səhiyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
122

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
100

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1569

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
431
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 05:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru