Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
12:13
2176
Azərbaycanda ipoteka kağızları elektronlaşdırılır

Azərbaycanda ipoteka kağızlarının elektronlaşdırılması üçün “İpotela haqqında” qanuna dəyişiklik edilir.

Müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Layihə "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" ölkə prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanının 9.2. bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə endirilməsi, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə hazırlanıb.

Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur. 

Məqalədə : ipoteka 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
633

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1173
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 02:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru