Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2018
12:12
Əhvaz terrorunun təşkilində şübhəli olan bir neçə nəfər saxlanılıb

İranın İnformasiya Nazirliyinin (ölkənin xüsusi xidmət orqanı) rəhbəri Mahmud Ələvi Əhvazda hərbi paradda terrorun təşkilində şübhəli bilinən bir neçə nəfəri saxlayıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Tasnim agentliyi xəbər verib.

Xatırladaq ki, şənbə günü səhər İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı törədilib. Son məlumatlara görə, terror qurbanlarının sayı 28 nəfər göstərilir, 60 nəfər yaxın insan isə yaralanıb.

İranda baş verən faciə ilə bağlı danışan Ali lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, törədilən terror aktının arxasında ABŞ-la əl-ələ verən dövlətlər durub və onlar bununla bölgədə hədəflərinə çatmaq istəyirlər:  "Əhvazdakı dəyərli vətəndaşlarımızın şəhid olduğu və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran xalqnın düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Iran terror 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 07:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com