Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2018
12:00
Yağışlı hava şəraiti Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlar yaradıb

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Yağan güclü yağış barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev FaktXəbər-ə açıqlama verərkən belə deyib.

O bildirib ki, elektrik verilişi xətlərində "Azərişıq" əməkdaşları qabaqlayıcı tədbirlər görərək yaranan qısa fasilələri operativ şəkildə aradan qaldırıblar: "Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısa müddətli fasilə yaranıb".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tanrıverdi Mustafayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 03:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com