Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2018
23:12
Ruhani: Trampın da aqibəti Səddamınkı kimi olacaq

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın da İraqın devrilmiş lideri Səddam Hüseyn kimi müqaviləni pozduğunu söyləyib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ruhani bu barədə paytaxt Tehranda İran-İraq müharibəsinin 38-ci ili münasibətilə keçirilən mərasimdə bildirib.

Əfvaz şəhərindəki terror hücumundan əvvəl çıxış edən Ruhani, 38 il fasilədən sonra Səddamı müharibəyə təşviq edən tərəf ilə qarşı-qarşıya olduqlarını deyərək, ABŞ-ın İran xalqına 12 il təzyiq və sanksiya tətbiq etdikdən sonra danışıqlar masasına oturduğunu, bir cümlə üçün stolun ətrafındakıları 17 gün ərzində gözlətdiyini vurğulayıb.

Nüvə müqaviləsinin bölgənin və dünyanın marağına xidmət etdiyini bildirən Ruhani, "ancaq Səddamın hekayəsi burada da təkrarlandı və 38 il əvvəlki döyüş yenidən başladı. Lakin o zaman bu, ABŞ-la çalışan bir dövlətin müharibəsi idi, bu gün isə etibarnamə ilə müharibə yoxdur. ABŞ şəxsən İran xalqının qarşısında durur", - deyib.

Ruhani Trampın da Səddam kimi müqaviləni pozduğunu və Səddamın başına gələn aqibətin mövcud ABŞ rəhbərliyinin də başına gələcəyini söyləyib.

Xatırladaq ki, XX əsrin mühüm hadisəsi kimi qeydiyyata düşən İraq-İran müharibəsi 22 sentyabr 1980 - 20 avqust 1988-ci illər arasında 8 il davam edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran terror 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 11:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com