Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2018
17:18
2995
Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) "Gömrük orqanlarında həyata keçirilən islahatların 1-ci mərhələsinin yekunları"na dair müşavirə keçirilib.

FaktXəbər DGK-ya istinadən xəbər verir ki, müşavirədə qurumun sədri Səfər Mehdiyev, onun müavinləri, baş idarə rəisləri, ərazi və ixtisaslaşmış gömrük idarələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Aparılan struktur islahatları nəticəsində gömrük sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir modelin tətbiq edildiyini bildirən S.Mehdiyev bununla da təkrarçılığın aradan qaldırılacağına, əməkdaşların məhsuldarlıq səviyyəsinin artacağına, vətəndaş-məmur təmasının minimuma endiriləcəyinə, xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin yüksələcəyinə əminliyini ifadə edib. Komitə sədri bütün gömrük əməkdaşlarına verilən tapşırıqları vicdanla yerinə yetirməyi, vətəndaşlara qarşı nəzakətli davranmağı, onların problem və şikayətlərini səbrlə dinləyib operativ şəkildə həllinə nail olmağı tövsiyə edib.

Daha sonra tədbirdə çıxış edən Komitə sədrinin müavinləri, baş idarə rəisləri və digər gömrük əməkdaşları həyata keçirilən islahatların məqsədi, gedişi və səmərəliliyi barədə məlumat verib, təklif və tövsiyələrini dilə gətiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1731

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
141
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru