Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2018
22:04
Azərbaycan İslam Partiyası başsağlığı verdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İranın Əhvaz şəhərində törədilən terror hadisəsi nəticəsində həyatını itirmiş hərbçilərlə bağlı İran İslam Respublikasının Ali Rəhbəri, Vəliyi-fəqih, Ayətullahul-uzma Seyyid Əli Xameneyi cənablarına başsağlığı verib.

Başsağlığı müraciətində deyilir:

“Dünya müsəlmanlarının əziz rəhbəri, Vəliyi-fəqih, Ayətullahul-uzma! İranın cənub-şərq vilayətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxsaylı hərbçilərin həyatını itirməsi ilə əlaqədar olaraq şəxsən Sizə, şəhid olan insanların ailələrinə, bütün İran xalqına dərin hüznlə başsağlığı veririk. Terror aktı zamanı yaralananlara Allahdan şəfa diləyirik.

Azərbaycan İslamçıları olaraq bu ağır gündə İran xalqının dərdinə şərik olur, terrordan zərər çəkmiş ölkənizin bütün  vətəndaşlarının ailələrinə mənəvi dəstək verməyi  borcumuz hesab edirik.İnanırıq ki, düşmən qüvvələr bu, qeyri-insani, anti-bəşəri əməlləri ilə heç nəyə nail ola bilməzlər.  Hesab edirik ki, İranın şəhidpərvər xalqının iradəsini belə sınaqlar sındıra bilməz, əksinə, onu daha da mətinləşdirər və  İranın düşmənlərinə qarşı mübarizədə qüvvələrini birləşdirər. Haqq işinizin qələbə çalmasında, cinayətkarların və onların himayədarlarının tezlikllə  məhv edilməsində Allah yardımçınız olsun. 

Bir daha Sizə, həyatını itirənlərin ailələrinə Allahdan səbr diləyirik. Allah- təala şəhidləri rəhmət eləsin!

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 18:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com