Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2018
13:02
`Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir`

"Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edir və dərinləşir". "Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Naxçıvanda Aİ günlərinin keçirilməsi münasibətilə təşkil edilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Aİ ilk dəfədir ki, belə miqyasda tədbir təşkil edir. O, Azərbaycanın bu il ADR-in 100 illiyini qeyd etdiyini və bu tədbirin bu əhəmiyyətli tarixə töhfə olduğunu vurğulayıb.

"Bu, tərəfdaşlıq və etimadın göstəricisidir, Azərbaycanla əlaqələrin inkişaf etməsinin və dərinləşməsinin əlamətidir", - K.Yankauskas deyib.

Səfir bildirib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşıdır, Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin sayı artmaqdadır.

"Azərbaycanı Cənubi Qafqazda sabit, çiçəklənən, etibarlı və multikultural tərəfdaş kimi alqışlayırıq", - səfir qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avropa İttifaqı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com