Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2018
11:55
3517
`Qaçqınkom`un departament rəhbərləri dəyişdirildi - SİYAHI

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub. “Report” xəbər verir ki, komitənin bir neçə şöbəsinin, departamentinin və sektorunun rəhbərliyi dəyişdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin Humanitar yardım sektorunun müdiri Quliyev Elman Şahlar oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə təyinat olmayıb.

Komitənin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsi Status sektorunun müdiri, şöbə müdirinin müavini Mürsəlov Telman İslam oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə Abdullayev Etibar Məmməd oğlu təyin olunub.

Şöbənin Məskunlaşma, miqrasiya və məşğulluq sektorunun müdiri Süleymanov İlqar Xalid oğlu da vəzifəsindən xaric edilib. Sektor müdiri vəzifəsinə Ələsgərov Muxtar İslam oğlu təyin olunub. O, əvvəllər Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin Regional idarəetmə sektorunun müdiri vəzifəsində çalışıb.

Bundan başqa, Məmmədov Ələddin Seyfəddin oğlu Tikinti Təmir və Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Həmin vəzifə Əlvəndov Rövşən Aydın oğluna həvalə olunub.

Komitənin Mənzil İstismar Departametinin direktor müavini də Quluyev Qulu Nayfalı oğlu da vəzifəsindən xaric edilib. Onun yerinə Məmmədov Asif Lətif oğlu təyin olunub.

Departamentdə sektor müdiri İsgəndərov Nazim İdris oğlu da çıxarılıb. Həmin vəzifə Əliyev Elnur Zakir oğluna həvalə edilib.

Məqalədə : Qaçqınkom 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
200

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
263

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
68

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
111

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
39

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
60
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 08:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru