Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
15:31
Azərbaycana toz-dumanın daxil olduğu ölkələr açıqlanıb

Orta Asiyada, Türkmənistanda, ya da İranda, İraqda, Suriyada güclü toz burulğanları müşahidə olunduqda toz-duman orta troposferdə davamlı olaraq şərq, cənub-şərq və cənub axınları ilə Azərbaycana daxil olur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva nazirlikdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təbii proseslər zamanı  ölkə ərazisinə səhralardan hava axınları ilə tozun daxil olması müşahidə edilir. Bu proseslər adətən quraq keçən ilin isti dövrü üçün səciyyəvidir.  

Umayra Tağıyeva qeyd edib ki,  Azərbaycanda ən çox toz-duman Abşeron yarımadasında qeyd olunur: 

“Maraqlı bir fakt ondan ibarətdir ki, görünüşün pisləşməsi birinci açıq dənizdə yerləşən Neft Daşları hidrometeoroloji stansiyamızda, sonra isə quruda yerləşən stansiyalarda qeydə alınır. Təbii toz-duman proseslərindən fərqli olaraq antropogen səbəblərdən yaranan hadisələrin əhatəsi daha lokal olur, yerli xarakter daşıyır.  Çirklənmə mənbəyinə yaxın  olan ərazilərdə  tozların təsir dairəsi daha çox olur”./Oxu.az

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı toz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 21:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com