Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
12:48
Qara Qarayev: `Arsenal`la oyunda uğurlu nəticəyə inanıram

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra Qol.az-ın sualların cavablandırıb. O, ilk olaraq matç haqda fikirlərini səsləndirib:

- İlk hissədə rəqibə 100 faizlik qol şansı vermədik. Əksinə, özümüz bir neçə dəfə rəqibi həyəcanlandırdıq. Hətta "Sportinq"in qapısına penalti təyin etmək olardı. Jeremi Matyenin cərimə meydançasında futbolçumuz Filip Ozobiçə qarşı kobud oynadığını düşünürəm. İlk hissədə pis oynamadıq. İkinci hissənin ilk 15 dəqiqəsində diqqətli olmağı əvvəlcədən danışmışdıq. Amma anidən oyunçuların yerini itirdik. Belə bir texniki səhv də qolla nəticələndi. Məncə, pis oynamadıq.

 - Simeon Slavçev meydanda deyildi. Əsas heyətdə Coşqun Diniyevlə, fasilədən sonra Miçellə yarımmüdafiədə oynadın. Sənin üçün hansı futbolçu ilə anlaşmaq baxımından daha rahat olur?

- Keyfiyyət şəklində demək istəmirəm. Hamısı yaxşı, dəyərli, keyfiyyətli futbolçulardır. Amma Miçellə oynamaq mənə rahatdır. Çünki uzun illərdir ki, ispanla birgə çıxış edirəm. Məndən nə istədiyini, onun məndən nə gözlədiyini yaxşı anlayıram. Slavçevlə düşünürəm ki, son zamanlar pis anlaşmırdıq. Coşqunla da pis alınmadı. Coşqun oynayanda mən bəzən istirahət etmişəm. Onunla az hallarda birgə çıxış etmişəm.

 - Miçelin də tam formada olmadığı görünürdü.

- Zədədən qayıdaraq, yaxşı oynamaq çətindir. Formasını yığmağa vaxt lazımdır. İstəmirəm ki, kimsə zədə alsın. Çünki oyun planı dəyişir.

- Növbəti oyunda turnirin favoriti sayılan “Arsenal”la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsən?

- Xalqımız, azarkeşlərimiz, "Qarabağ" sevənlər bu oyuna köklənib. Ağır oyun olacağını bilirik. İngilis futbolu ilə bizim futbol həmişə tərs gəlib. Buna baxmayaraq, uğurlu nəticəyə inanıram. "Arsenal"ın adı bizi motivasiya edir. Bu gün ciddi qrafikdəyik. 3 gündən bir oyun keçiririk. "Arsenal" barədə danışmağa ehtiyac yoxdur. Rəqibin gücü bəllidir.

 - Bu matç "Sportinq"ə qarşı oynadınız. Hələ "Qarabağ"ı nəhəng "Arsenal" gözləyir. Ötən mövsüm "Roma", "Atletiko", "Çelsi" kimi klublarla qarşılaşmısınız. Bəs niyə Azərbaycanlı oyunçular Avropa klublarına özlərini futbolçu kimi nümayiş etdirərək, xaricə üz tuta bilmir? Sənin timsalında bunu hamıya aid etmək olar. Təklif yoxdur, yoxsa özünüz getmirsiniz?

- Belə mühitdə oynayanda karyeram üçün bir gün qazanc əldə etdiyimi düşünürəm. Həqiqətən də belə ab-havada güclü klublarla oynamaq çox xoşdur. Bu, əlavə stimuldur. Belə suallar mənə dəfələrlə verilib. Belə komandalardan təklif gəlsə, ilk düşüncəm getmək olacaq. Daha yaxşı deməzdim, amma oynaya biləcəyim liqalara getmək istəyirəm. Bu, baş verməlidir. Çünki kimlərəsə yol açmalıyıq. Allah qismət etsə, gedərik, Avropaya yolu açarıq, digərləri üçün də stimul olar. Amma sizə səmimi deyirəm ki, təklif yoxdur. Əgər olsa, ilk sizlə bölüşərəm. Heç nə yoxdur, məşqimizi edib, oyunlara hazırlaşırıq.

- İnnosent Emeqara yaxaladığı şanslardan birini qola çevirsəydi, fərqli matç görə bilərdik?

- İlk hissədə birindən istifadə etsəydi, daha qapalı oynayacağdıq. Amma hesabı aça bilmədik. Belə komandalarla oyunda hesabda geri düşəndə, qalib gəlmək, qol vurmaq çox çətin olur.

Məqalədə : Qara Qarayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
202

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
220

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
353

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
271

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
288

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
321

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
335

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
367
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 02:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru