Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
12:37
Məleykə Abbaszadə: Rəhbər vəzifələrə maraq azalıb

Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə namizədlər tərəfindən çox maraq göstərilmir.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul zamanı daha çox maraq BB qrupuna daxil olan icraçı vəzifələr üzrə müşahidə edilir: "Daha kütləvi vəzifələrə maraq daha çoxdur. Çünki burada namizədlər üçün qoyulan tələblər daha aşağıdır. Eyni zamanda, iş stajı da çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1.000-1.500, digər imtahanlarda isə 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərin sayından, təsnifatından asılıdır".

M.Abbaszadə deyib ki, dövlət qulluğuna qəbul üçün hər ay imtahan, bu imtahandan əvvəl isə sınaq imtahanları təşkil olunur: "Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında özlərini yoxlasınlar, daha sonra isə dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə olan tələblər isə fərqlidir".(Trend)

Məqalədə : Məleykə Abbaszadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12306

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11001

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12454

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12038

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17395

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11846

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 22:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru