Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
11:51
3826
DİM məhkəməyə müraciət edəcəyini deyən abituriyentlə bağlı açıqlama verdi

Builki yay qəbul imtahanında 596 bal topladığını, lakin Dövlət İmtahan Mərkəzi tərəfindən onun imtahan nəticələrinin saxtalaşdırıldığını və bu səbəbdən də ali məktəbə qəbul ola bilmədiyini iddia edən abituriyent Əsgəri İbrahim Əli oğlunun valideynləri bu iddia ilə əlaqədar məhkəməyə müraciət etmədilər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, valideynlərin iddiaları tamamilə əsassız olub: "Məlum idi ki, bu bal məsələsi tamamilə qondarma məsələ idi. Valideynlər Dövlət İmtahan Mərkəzində mənim iştirakımla keçirilən mətbuat konfransında narazı qaldıqları üçün məhkəməyə müraciət edəcəklərini bildirmişdilər. Biz də bunu gözləyirdik, lakin onlar heç nə etmədilər. Çünki bu, yalan məlumat idi. Təəssüf ki, bəzi şəxslər bu prosesdən özlərini reklam etmək üçün istifadə edirlər. Buradan mediaya müraciət edərək bildirirəm ki, hansısa məlumatın araşdırılması üçün birbaşa DİM-ə, eyni zamanda, bunu Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar. Biz hər zaman rəsmi mövqeyimizi bildiririk".

Xatırladaq ki, abituriyent Əsgəri İbrahim Əli oğlunun valideynləri övladlarının yay qəbul imtahanında 596 bal topladığını iddia ediblər. Lakin həmin zaman DİM açıqlamışdı ki, abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Həmin abituriyent daha aşağı bal topladığı üçün müsabiqədən keçməyib.

Mərkəzdən bildirilmişdi ki, abituriyentin sosial şəbəkələrdə təqdim olunan imtahanın nəticəsi ilə bağlı olan arayışı saxtalaşdırılaraq onun yaz və yay imtahanlarında topladığı ballar yüksək qeyd olunub. Valideynlər isə bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcəklərini bildirmişdilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DİM 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com