Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
11:15
3237
Bakıdan Şarm əl-Şeyxə birbaşa çarter reysləri açılacaq

2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq.

Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. 

İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 apreldə "PAŞA Holidays" şirkəti və Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.

Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı ("Sharm el-Sheikh International Airport") turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.

Məqalədə : Şarm əl-Şeyxə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1732

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
146
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru