Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2018
08:12
ABŞ-da 2 atışma: 4 ölü, 8 yaralı - VİDEO

Cümə axşamı ABŞ-ın 2 şəhərində atışma baş verib.

FaktXəbər-in NBC-yə istinadən məlumatına görə, ABŞ-ın Merilend ştatının Aberdin şəhəri ətrafında baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 3-ü isə yaralanıb.

Bu barədə mətbuat konfransında Harford dairəsinin şerifi Cefri Qeler bildirib.

Onun sözlərinə görə, atışma nəticəsində yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb. Onlardan üçünün sağ qalacağı gözlənilir. İki nəfər hadisə yerində, daha biri isə xəstəxanada ölüb.

Şerif bildirib ki, şübhəli qadın güllə yarasından ölüb.

Digər atışma isə Nyu York ştatının Sirakuz şəhərində qeydə alınıb və hadisə nəticəsində 5 nəfər yaralanıb.

Bu barədə yerli polisdən "CNY" telekanalına bildirilib.

Yaralananlar 8-35 yaş arasındadır və onların vəziyyəti stabildir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ atışma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com