Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2018
12:32
Eldar Əzizov daha bir şəxsi istefaya göndərdi

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.

Meriyanın Apatatından xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib, amma Meriyada başqa işə keçirilib. Rasim Quliyevin yeni vəzifəsi barədə isə açıqlama verilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən müavin Eldar Əzizovun Meriyaya yeni Aparat rəhbəri gətirdiyi də bildirilir.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Əvvəllər “Səs” qəzetnin baş redaktor müavini, sonra Səbaildəki 30 saylı Dairə Seçki Komissiyasının sədri olub. Daha sonra Bakı Meriyasının Aparat rəhbəri təyin edilib.(modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 06:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com