Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2018
12:10
Bakıda yağ oğrusunu döyən market işçiləri saxlanıldı

Bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi, 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.

DİN-dən Faktxeber.com-a verilən məlumata görə, mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər. 

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib D.Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakıda yağ oğrusu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 00:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com