Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2018
10:15
Azərbaycanda pambığın 1 tonunun alış qiyməti 50 manat artırılıb

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

KTN-dən FaktXəbər-ə verilən məlumata görə, görüşdə bu il görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

2018-ci il

1-ci növ

600-dən 650 manata

2-ci növ

580-dən 630 manata

3-cü növ

540-dan 590 manata

4-cü növ

500-dən 550 manata

Pambığın 1 tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 mln. manatdan çox qazanc əldə etməsi gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : pambıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com