Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
15:53
Aşura ilə bağlı bu sual hər kəsi düşündürür; Cavabını İmam verib

İmam Cəfər Sadiqin (ə) səhabələrindən olan Abdullah ibn Fəzl belə rəvayət edir:

"İmam Cəfər Sadiqə (ə) dedim ki, "Nə üçün Aşura günü; müsibət, ağlamaq, sızlamaq və kədər günü oldu, Rəsulullahın (s) Allahın rəhmətinə qovuşduğu gün, Həzrət Fatimənin (s.ə) şəhadətə çatdığı gün, Həzrət Əlinin (ə) şəhid edildiyi gün və İmam Həsənin (ə) şəhadəti ilə nəticələnən zəhərləndiyi gün belə olmadı?"

İmam məni diqqətlə dinlədidən sonra belə buyurdu: "Hüseynin (ə) şəhid edildiyi günün müsibəti, saydığın digər günlərdən daha böyükdür. Çünki Allahın ən üstün bəndələri olan "Əshabi-Kisa" (İslam Peyğəmbərinin əbası altına yığdığı beş nəfərə işarədir) bu beş şəxsdən ibarət idi.

Peyğəmbər (s) vəfat edəndə xalqın dərdlərini bölüşüb, təsəlli tapmaq və məsləhət alacaqları dörd nəfər qalmışdı. Beləcə, biri Allahın rəhmətinə nail olsa belə, digərinin həyatda olması hər kəs üçün təsəlli mənbəyi idi.

Amma Həzrət Hüseyn (ə) qətlə yetiriləndə, xalqın dərdlərini dindirəcək "Əshabi-Kisa"dan heç kim qalmamışdı. Buna görə də onun getməsi hamısının getməsi, həmçinin qalması da onların hamısının qalması demək idi. Elə bunun üçündür ki, Əba Əbdillahil Hüseynin (ə) şəhid edildiyi günün müsibəti, digərlərinin müsibətindən daha böyük və daha ağırdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məhərrəmlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com