Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
15:51
“Ketchi”nin direktoru iddiaları rədd etdi

Pendir və şor nümunələri götürülərkən sanitariya-gigiyena normaları kobud şəkildə pozulub. Belə ki, nümunələr steril əlcək və alətlə götürülməli, steril şüşədə qablaşdırılıb möhürlənməlidir. 

Bu barədə açıqlamasında “BMS Aqro” MMC-nin direktoru Mülhazil Balakişiyev AQTA-nın iddialarına cavab olaraq deyib. 

“Bizim məhsullardan götürülmüş nümunələr işçimiz tərəfindən yuyulmamış əllə götürülüb,  AQTA əməkdaşlarının haradansa tapıb gətirdiyi təxminən 250-330 qram tutumu olan yaşıl və bozumtul rəngli, paslı qapaqlı şüşə bankalara və sellofan paketlərə qablaşdırılıb. Möhürlənib imzalanmamış AQTA əməkdaşları tərəfindən laboratoriyaya aparılıb”, - o bildirib.

Qeyd edək ki, AQTA mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Direktorun sözlərinə görə, bu cür antisanitar şərtlərlə götürülmüş nümunələrdə nəinki bakterioloji çirklənmə faktı, digər bütün növ çatışmazlıqların aşkar olunması qaçılmazdır. 

“AQTA tərəfindən gedən məlumatlar rezonans doğurub, şirkətimizə, “Ketchi” markasına və şəxsim də daxil olmaqla, əməkdaşlarımızın imicinə ciddi xələl gəlib, ciddi maliyyə itkisinə gətirib-çıxarıb.

Odur ki, yuxarıda göstərilən halların araşdırılması və hüquqlarımızın bərpa olunmasına kömək göstərilməsi ilə bağlı artıq AQTA-ya müraciət etmişik”, - direktor əlavə edib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com