Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
14:32
Beyrutda İran səfirliyində terror törədənlərdən biri Livanda həbs olunub

Fələstin Təhlükəsizlik Qüvvələri  2013-cü ildə Beyrutda İran səfirliyinə hücum edən «Abdulla Əzzəm Briqadası» terror təşilatının üzvü Bahu Xociri həbs edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İRNA xəbər yayıb.

Bildirilir ki, o, iki intiharçı terrorçu ilə Beyrutda İranın diplomatik missiyasına hücumu təşkil edənlər arasında əlaqə yaradan şəxs olub.

Qeyd edək ki, 2013-cü ildə Beyrutda İran səfirliyinin binası yaxınlığında ikiqat terror aktı baş vermişdi. Birinci  partlayışda intiharçı özünü partlatmışdı. İkinci partlayış isə bir neçə dəqiqədən sonra digər intiharçı tərəfindən partlayıcı quraşdırılmış maşın partladılır. Nəticədə 23 nəfər həyatını itirmiş, 150-dən çox insan yaralanmışdı. Qurbanlar arasında İranın mədəniyyət üzrə attaşesi  İbrahim Ənsari də var idi.

Terrorda məsuliyyəti 200-cu ildə əsası qoyulan sünni «Abdulla Əzzəm briqadası»  öz üzərinə götürmüşdü. Təşkilat  Livanda və Ərəb yarımadasında fəaliyyət göstərir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Beyrut Livan İran səfirliyi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 03:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com