Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
14:13
2548
Milli Məclis qəbul etdiyi qanunların sayını açıqlayıb

“Azərbaycan Parlamenti tərəfindən son 27 il ərzində qəbul edilmiş qanunların ümumi sayı - mövcud qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq müqavilələrin təsdiq edilməsi haqqında qanunlar da daxil olmaqla - 5992-yə yaxındır”.

Bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Z.Əsgərov bildirib ki, birinci çağırış Azərbaycan Milli Məclisinin fəaliyyəti üçüncü çağırışa qədərki dövrdə ölkə həyatında, dövlət quruculuğunda və qanunvericiliyin "sabitləşməsi”ndə vacib olan normativ hüquqi aktların, məcəllələrin, konstitusiya qanunlarının qəbulu fonunda yadda qalıb: “I çağırış Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 797, II çağırışda 843, III çağırışda 956, IV çağırışda 1267, V çağırışda (29 iyun 2018-ci ilə qədər) 1129 qanun qəbul olunub. 1991-ci ildən 1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi sayı isə 1000-dən çoxdur”.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, parlament öz fəaliyyətində Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur, xalqın ona göstərdiyi etimadı bütün məsuliyyəti ilə doğrultmağa çalışır, Azərbaycan xalqının adını hər şeydən uca tutur: “Biz, 100 yaşlı Azərbaycan parlamentinin azad, güclü, müstəqil Azərbaycanımızın möhkəmləndirilməsi və inkişafı, onun müasir dünyanın əsas subyektlərindən birinə çevrilməsi istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirəcəyini inamla deyə bilərik”.

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1725

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
126

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru