Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
12:59
`Bakıda tıxacı övladını məktəbə gətirən valideynlər yaradır`

Azərbaycanda Bilik günü  15 sentyabrda qeyd olunsa da, təhsil müəssisələri sentyabrın 17-dən tam gücü ilə fəaliyyətə başladı. Bakıda təhsil müəssilərinin açılması eyni zamanda tıxacların da yaranmasına səbəb olub. Elə ayın 17-si bunun şahidi olduq. Paytaxtın mərkəzi küçə və prospektlərinə uzunmüddətli  avtomobil tıxacları oldu. 

Bu tıxacların yaranmasında günahkar kimdir, yol polisi, yoxsa sürücülər?

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Rüfət Quliyev deyib ki, 17 sentyabrda polis əməkdaşları, xüsusilə də yol polisləri gücləndirilmiş iş rejimində çalışırdılar.

“Dərslərin açılması ilə bağlı səhər saatlarından yalnız Bakıda deyil, ölkənin digər şəhər və rayonlarında mərkəzi küçələrində avtomobillərin sıxlığı müşahidə olunurdu. Yol polisi sıxlıqlıqların olduğu ərazilərə operativ xidmət aparıb və yollarda böyük tıxacların olmasının qarşısı alınıb. Biz də hər zaman olduğu kimi yol hərəkət iştirakçılarına tövsiyə edirik ki, yol hərəkət qaydalarına riayət olunsun, xüsusilə parklanma qaydalarına”.

Şöbə rəisinin sözlərinə görə,  həftənin ilk günü, təhsil müəssilərində dərslərin başladığı gün parklanma ilə bağlı ciddi problem olub:

“Bildiyimiz kimi 2-ci və 3-cü cərgədə avtomobil park etmək qadağandır. Amma dərslərin açıldığı gün sürücülərin parklanma ilə bağlı qadağaları kobud şəkildə pozmaları müşahidə olunurdu. Yol polisi belə halların qarşısını dərhal alırdı, avtomobillərin hərəkət hissəsində park edilməsi digər nəqliyyat vasitələrini hərəkətinə maneə yaradırdı. Sürücülər özləri nəzərə almalıdır ki, onların bir neçə saniyə hərəkət hissəsində avtomobillərini saxlaması uzun tıxacların yaranmasına səbəb ola bilər. Biz sürücülərə tövsiyə edirik ki, hansı məktəblərin qarşısında parklanmaya icazə yoxdursa, çalışsınlar ictimai nəqliyyatdan istifadə etsinlər”.

R.Quliyev deyib ki, yol polisi məktəblərdə şagirdləri maatifləndirmək üçün layihələr həyata keçirib:

“Biz yeni dərs ilnin başlaması ilə ilə məktəblərdə marifləndirici görüşlər keçirdik. Sürücülər kimi şagirdlər də bu sahədə məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, yalnız icazə verilən yerlərindən yolu keçə bilərlər. Hamı məlumatlı olarsan,qaydalara riayət edərsə tıxaclar olmaz”.

Əvvəlki illərdə digər şəhər və rayonlardan gələn nəqliyyat vasitələrinin Bakıya girişi ilə bağlı tətbiq olunan qadağadan danışan R.Quliyev deyib ki, bu il rayon avtomobillərinin paytaxta daxil olması ilə bağlı hansısa məhdudiyyətlər gözlənilmir:

“Yol polisi günün pik saatlarında yenə də tıxacların olmaması üçün xidmət göstərir. Rayon avtomobillərinin Bakıya girşi hazırda problem yaratmır. Yük avtomobillərinin səhər saat 8:00-dan axşam 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olması qadağandır.  Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcək”. (modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı tıxac 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 11:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com