Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
11:23
2597
Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?

Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir. Güzəştlər kateqoriyasında  təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, pensionerlər, veteranlar, hətta jurnalistlər də daxildir. 

Məsələn, qonşu Türkiyədə nəqliyyatda tələbələrə və şagirdlərə 60 faiz, 60-65 yaş arası insanlara 50 faiz, 65 yaşdan  yuxarı təbəqə, eyni zamanda polis, əsgər və.s üçün pulsuz güzəştlər tətbiq edilir. 

Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir.

Qonşu Rusiyada da  güzəştlər mövcuddur. Məsələn, ölkənin  uzaq şimalında yaşayanlar üçün illik büdcədən istirahət yerinə gedib qayıtması üçün büdcədən vəsait ayrılır.  Bundan əlavə, pensiyaçılar, Böyük Vətən müharibəsi əlilləri, veteranlar, çox uşaqlı ailələr, SSRİ qəhrəmanları, Çernobıl qəzasının nəticələrini aradan qaldıran zaman zərərçəkmiş şəxslər və.s ictimai nəqliyyatdan pulsuz istifadə edə bilir. Qeyd edək ki,  Rusiyanın müxtəlif regionlarında  güzəştlərin həcmi dəyişə bilir. Bəzi regionlarda tələbələr də tələbə biletini  göstərərək pulsuz nəqliyyatdan istifadə edə bilərlər. 

Bəs, Azərbaycanda sözügedən kateqoriyalarda təmsil olunan şəxslərə güzəştlər  barədə planlar varmı?

 Bildiyiniz kimi, hazırda ölkədə bunu labüd edən  əsas amillərdən biri də sərnişindaşımanın tariflərində avqust ayının birindən etibarən edilən dəyişiklikdir. Belə ki, avtobuslarda şəhərdaxili  gediş haqqı 30 qəpik, paytaxtın bir sıra uzaq qəsəbə və kəndlərinə gedən avtobuslarda  isə 40 qəpikdir.  Bu arada bildirək ki, sərnişinlərin bir çoxu mənzil başına çatmaq üçün bir neçə marşrut da dəyişməli olur. 

 “Qafqazinfo” sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib. Məlum olub ki, hələ ki bu kimi məsələlər agentlikdə müzakirə olunmur: 

“Hazırda əsas məqsəd nağdsız ödəniş sistemi ilə çalışan avtobusların əhatə dairəsini genişləndirməkdir. Bunun üçün zəruri işlər görülür. Avtobus parkının yenilənməsi nəzərdə tutulub. Avtobus parkı yeniləndikcə kart sisteminə keçid də təmin ediləcək. Hazırda yeni avtobusların gətirilməsi üçün tender gedir. Yeni avtobuslardan sonra bütün xətlər sıradan çıxarılacaq”.

Məqalədə : Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
224

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
123
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru