Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
10:59
ABŞ-da FTB-nin sabiq rəhbərinin memuarları əsasında serial çəkiləcək

ABŞ-da FTB-nin sabiq rəhbəri Ceyms Kominin «Ali Loyallıq» adlı memuarları əsasında mini serialın çəkilişi planlaşdırılır. FaktXeber.com-un məlumatına görə, bu barədə The Hollywood Reporter xəbər verib.

Nəşr bildirir ki, CBS TV Studios telekompaniyası bu seriala bağlı danışıqların son mərhələsindədir.

Məlumata görə, ssenari müəllifi əvvəllər «Kapitan Fillips» filmi üzərində işləyən Billi Rey ola bilər. Prodüsser isə «Ulduz yolu: Diskoveri» teleserialında işləmiş Aleks Kurtsman olacaq.

Qeyd edək ki, Komi bundan əvvəl Trampın mənəvi cəhətdən prezidentliyə yararsız olduğunu demişdi: «“Düşünmürəm ki o tibbi cəhətdən prezident olmağa qadir deyil. Lakin mənəvi cəhətdən Tramp prezidentliyə yararsızdır”, deyə C.Komi qeyd edib».

O həmçinin Trampı yalançı adlandırıb: “Çünki o daim təkzibedilməz faktları inkar edir. Misal üçün, Tramp bəyan edirdi ki, Obamanın andiçmə mərasimi ilə müqayisədə onun inauqurasiya mərasimində iştirak edənlərin sayı daha çox olub. Bu doğru deyil, yalandır”.

Bundan əvvəl Tramp  Kominin memuarlarını üçüncü sort kitab adlandırmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FTB 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 11:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com