Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
10:50
Yəməndə vətəndaşlarını öldürən bombalar ABŞ istehsalı imiş

Yəməndə 2015-ci ildən bu yana 15 min mülki vətəndaşın ölümünə səbəb olan Səudiyyə Ərəbistanının hava hücumları zamanı ABŞ istehsalı olan bombalardan istifadə edilib. FaktXəbər bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Sadə vətəndaşların öldürüldüyü ərazilərdə araşdırma aparan mütəxəssislər ABŞ-ın nəhəng silah istehsalçısına aid bomba qalıqlarına rast gəlindiyini açıqlayıb.
 
CNN tərəfindən hazırlanan "Made in America" adlı hesabata görə, ötən ay onlarla məktəbə təşkil edilən hava hücumlarından sonra araşdırmalara start verilib. Qalıqların tanınması zamanı məlum olub ki, bombalar ABŞ-ın nəhəng silah istehsalçısı olan "Lockheed Martin" tərəfindən istehsal edilib.

ABŞ istehsalı olan bombaların istifadə edildiyi yerlər arasında məktəb, mənzil və zavodlar yer alır.
 
Qeyd edək ki, Yəməndə 9 avqustda 40-dan çox uşağın ölümünə səbəb olan Səudiyyənin hava hücumu koalisiya tərəfindən "mülki itki" kimi qələmə verilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 11:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com