Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
09:53
Netanyahu Putindən əlaqələri kəsməməyi istəyib

İsrailin baş naziri Benyamin Netanyahu "İl-20" təyyarəsinin vurulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaradıb. FaktXəbər "RT"yə istinadən bildirir ki, Netanyahu Putinə hərbi təyyarənin vurulmasına görə təəssüfləndiyini deyib və əlaqələri davam etdirməyi istəyib.

O, həmçinin Putinə söz verib ki, bundan sonra bütün informasiyalar Rusiya tərəfi ilə bölüşüləcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Macarıstanın baş naziri ilə görüşdə deyib ki, İsrail tərəfinə hadisə ilə bağlı cavab veriləcək: "Cavab tədbirlərinə gəlincə isə, bu, ilk növbədə  bizim hərbçilərimizin, Suriya Ərəb Respublikasındakı obyektlərimizin təhlükəsizliyinə yönələcək. Və bu elə addımlar olacaq ki, bunu hamı görəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Netanyahu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 02:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com