Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
09:05
Azərbaycan əhalisinin banklarda 8 milyard manatdan çox pulu var

2018-ci il avqust ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 049,5 milyon manat təşkil edib.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 0,5 faiz azalıb.

2018-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 170,7 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 9 milyard 783,9 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 782,1 milyon manat olub və ümumi kredit portfelinin 14,6 faizini təşkil edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bank əmanət 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com