Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
08:50
Tramp Suriyada Rusiya təyyarəsinin vurulmasını şərh edib

Amerika prezidenti Donald Tramp polşalı həmkarı Ancey Dudo ilə  birgə mətbuat konfransında  Rusiyanın Suriyada İl-20 təyyarəsinin vurulmasını şərh edib. FaktXeber.com-un RT-yə istinadla verdiyi məlumata görə, o, bunu çox kədərli hadisə adlandırıb.

«…Anlayıram ki, azı 14 nəfər həlak olub və bu, çox kədərlidir… Bu, çox pis vəziyyətdir», - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, RF Müdafiə Nazirliyinin məlumatına əsasən, İsrail təyyarəsi Rusiya təyyarəsini sipər etdiyi üçün Rusiya təyyarəsi Suriya RƏM  sistemi tərəfindən vurulub.

Sonradan  Rusiya lideri Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında  bildirmişdi ki, İsrail HHQ-nin  Suriya ərazisində əməliyyatı, bu ölkənin suverenliyini pozur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İl-20 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 06:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com