Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
08:05
3569
Messi het-trik edərək Ronaldonu qabaqladı, Raula isə şərik oldu - VİDEO

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasında het-triklərin sayına görə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu üstələyib.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, dünən axşam PSV-yə qarşı oyunda "Barça" hücumçusu rəqibin qapısından 3 qol (32; 77; 87-ci dəqiqələr) keçirərək komandasını qələbəyə daşıyıb.

Statistik nəticələrə görə, bu, argentinalı futbolçunun Çempionlar Liqasında 8-ci het-trikidir. Messi bu göstərici ilə turnir tarixində rekorda imza ataraq ən yaxşı oyunçu olub. Ronaldu həmin göstəriciyə görə ondan 1 het-trik geri qalır. 

Bundan əlavə, Messi öz şəxsi rekordunu da təzələyib. O, 2018-ci ildə cərimə zərbəsindən 8-ci dəfə qapıya birbaşa qol vurub. Bundan əlavə o, Çempionlar Liqasının ilk qrup mərhələsində ardıcıl 14-cü dəfə fərqlənərək "Real Madridin" hücumçusu Raul Qonsalesin uğurunu təkrarlayıb. Hər iki hücumçu Çempionlar Liqasında 71 qol vurub.

Məqalədə : Messi Ronaldo 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1725

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
126

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
62
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru