Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Sentyabr

2018
07:45
`Nar`ın dəstəyi ilə `Brain Ring` intellektual yarışları start götürüb

Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də  məşhur bilik yarışlarının baş sponsorudur.

“Azerfon” mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, sentyabr ayının 16-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – on ikinci mövsümü start götürüb. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Yarışlarda respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparır. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.   

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirir. Verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.        

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2018” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.  

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Brain Ring yarışı nar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com