Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
16:19
3119
`İlin ən yaxşı avtomobili` adına namizədlər açıqlandı

"World Car of The Year 2019" mükafatının təşkilatçıları nominantların siyahısını açıqlayıblar. "Dünyada ilin ən yaxşı avtomobili" adına 35 maşın iddialıdır. Onlar arasında "Acura RDX", "Audi A1", "A6", "Q3", "BMW 3 Series", "BMW X2", "i8 Roadster", "Dacia Duster", "Ford Focus", "Hyundai Santa Fe", "Nexo", "Infiniti QX50", "Kia Ceed/Forte", "Soul", "Niro EV", "Toyota Avalon", "Corolla" və "RAV4" markaları var.

Siyahıda "Audi"dən 4 model, BMW, "Kia" və "Toyoto"dan 3, "Hyundai", "Jeep", "Jaguar", "Lexus", "Nissan" və "Volvo"dan isə 2 model var. "Acura", "Cadillac", "Citroen", "Dacia", "Ford", "Honda", "Infiniti", "SEAT", "Subaru" və "Suzuki" bir modellə təmsil olunur.

Ekspertlər "lüks" sinifli ən yaxşı maşını "Audi A7", "Q8", "BMW 8 Series", "Mercedes-Benz GLE" və "Volkswagen Touareg" markalarının arasından seçəcəklər.

Ən uğurlu "Şəhər modeli" adı uğrunda isə "Audi A1", "BMW X2", "Kia Soul", "Seat Arona" və "Suzuki Jimmy" yarışacaq.

Bütün bu avtomobilləri 85 ekspert və avtomobil istehsalçısından ibarət münsiflər heyəti qiymətləndirəcək. Mükafatın təqdim olunma mərasimi 2019-cu ilin aprelində Nyu Yorkda keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə "World Car of The Year" mükafatına "Volvo XC60" markalı avtomobil layiq görülmüşdü.

Məqalədə : Audi A7 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
122

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
100

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1569

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
431
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 04:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru