Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
16:10
AXCP üzvü 6 il müddətində azadlıqdan məhrum edildi

Gənc fəal 6 il azadlıqdan məhrum edildi.

Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Orxan Baxışlıya hökm oxunub. Hakim Mahmud Ağalarovun sədrliyilə çıxarılan hökmə əsasən, O.Baxışlı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilib.

Məhkəmədə O.Baxışlı özü də son sözünü deyib, vəkili Elçin Sadıqov müdafiə nitqilə çıxış edib.

E.Sadıqov bildirib ki, müvəkkilinə qarşı irəli sürülən narkotik ittihamı əsassızdır. O.Baxışlıya qarşı ittihamı təsdiqləyən heç bir mötəbər sübut olmadığını deyən vəkil istintaq zamanı yol verilən pozuntulardan, ziddiyyətli məqamlardan danışıb.

O.Baxışlı da son sözündə narkotik ittihamının saxta olduğunu, saxlandıqdan sonra polislər tərəfindən cibinə atıldığını bildirib. Qeyd edib ki, həbsinin yeganə səbəbi siyasi baxışları, ölkənin demokratikləşməsi uğrunda mübarizədə iştirakıdır. Cəbhəçi gənc mübarizəyə qoşulduğuna və nəticədə həbsə düşdüyünə görə heç vaxt peşman olmadığını vurğulayıb.

Qısa müşavirədən sonra 6 illik hökm elan edilib.

O.Baxışlının valideynləri bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

AXCP Gənclər Komitəsinin Xətai şöbəsinin üzvü olan O.Baxışlı mayın 7-də həbs olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AXCP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 17:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com