Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
12:40
5689
Rusiya ölən 15 hərbçisinə görə İsraili cəzalandıracaq - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi "İl-20" təyyarəsində ölən 15 hərbçiyə görə İsraili ittiham edib və buna görə Təl-Əvivə cavab veriləcəyini açıqlayıb.

"İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində 15 rus hərbçisi həlak olub. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna tam cavab vermir. Biz adekvat cavab hərəkətləri hüququnu özümüzdə saxlayırıq",-deyə RF Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Sergey Şoyqu Libermana çatdırıb ki, İsrail hərbi hava qüvvələrinin məsuliyyətsiz hərəkətləri nəticəsində faciə baş verib və 15 rus hərbçisi həyatını itirib. Rusiyanın təyyarə ekipajının ölümünə görə günah İsrail tərəfinin çiyininə düşür",-deyə Rusiya Müdfiə Nazirliyinin bəyanatında qeyd olunur.

***

İsrailin Rusiyadakı səfirliyi Suriyada vurulan "İl-20" hərbi təyyarəsi ilə bağlı şərh verməkdən imtina edib. FaktXəbər bildirir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

"Heç bir münasibət yoxdur",-deyə İsrail səfirliyinin münasibətində qeyd edilir.

Qeyd edək ki, İsrailin "F-16" təyyarələri Suriyanın Lazkiyə şəhərində yerləşən elmi-tədqiqat mərkəzinə avia zərbə endirərkən Suriyanın "S-200" RƏM istemi işə düşüb. İsrail təyyarələrindən açılan raket zərbələrinə cavab atəşi endirilərkən Hmeymim aviabazasına geri qayıdan "İl-20" təyyarəsi hədəfə çevrilib. Nəticədə içərisində 15 hərbçi olan təyyarə vurulub.

Məqalədə : İl-20 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
192

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
121

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
149

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
185

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
216

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
206

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
769

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 21:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru