Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
11:48
Rusiyanın təyyarəsini Suriyanın RƏM sistemi səhvən vurub

Rusiyanın 15 hərbçisini daşıyan "İl-20" təyyarəsi dünən axşam saatlarında Aralıq dənizi hövzəsində Suriyanın "S-200" RƏM sistemi tərəfindən səhvən vurulub. FaktXəbər "RT"yə istinadən bildirir ki, bu barədə Rusyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, rusiyalı hərbçiləri daşıyan "İl-20" təyyarəsi ilə əlaqə Hmeymim aviabazasına geri qayıdarkən sahilə 35 km qalmış kəsilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında həmçinin deylir ki, təyyarə İsrailə məxsus dörd ədəd "F-16" təyyarəsinin Lazkiyə şəhərindəki Suriya obyektlərinə hücumu zamanı vurulub.

Bundan əlavə, Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İl-20 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com