Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
11:38
5311
Nazirlik dərslik çatışmazlığı ilə bağlı şikayətlərə cavab verdi

Yeni dərs ilinin başlanması ilə əlaqədar bəzi məktəblərdə problemlər ortaya çıxıb. Belə ki, bəzi valideynlər dərsliklərin olmamasından şikayətçidirilər.

Məsələ ilə bağlı Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab verib.

Bildirilib ki, bütün ümumtəhsil   məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb.

“Dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KİV və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud onların qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərslikləri əldə etmələri barədə müraciətlər edilib. Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunar”.

Həmçinin o da vurğulanıb ki, bu cür hal baş verdikdə dərhal Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etmək lazımdır.

“Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon, şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərsliklər hesabına həll edə bilmədikdə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir. Yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə bütün Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə əlavə dərsliklər ayrılıb”.

Məqalədə : dərslik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru