Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
10:02
12840
İdlibdə `kimyəvi hücum` səhnəsinin ilk çəkilişləri internetə sızıb-VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, suriyalı hakerlər sosial şəbəkələrdə İdlibdə "Suriya Ordusunun kimyəvi hücumu" ilə bağlı səhnələrin repetisiyasının kadrları yayılıb.

Videonun 55-ci saniyəsində işləri planlaşdıranlardan biri yerə uzanaraq çəkilişlər zamanı necə hərəkət etməyin lazım olduğunu göstərir.

1,40-cı dəqiqədə kimyəvi hücumdan "zəhərlənən" kimi göstərilən zolaqlı köynək geyinmiş şəxs videonun irəliləyən dəqiqələrdə (2,42 dəqiqədə) başqa birinə "kömək edir". 3,10 dəqiqədən isə başqa bir "zəhərlənən şəxs" kimi təqdim olunur.

Həmçinin 1,55-ci dəqiqədə "kimyəvi hücumdan" "zəhərlənərək öldüyü" göstərilən və təcili yardım maşınına yerləşdirilən şəxsin yanında təsadüfən qucağında körpə tutmuş bir ana da görünür.

Ölü kimi təqim olunan başqa biri 2,28 dəqiqədə əlini tərpədir. Həmin adam videonun 3,44 dəqiqəsində isə açıq qalmış qarnını köynəyi ilə örtür.

1,47-ci dəqiqədə göy damalı köynək geyinmiş şəxs də ölü kimi təqdim olunur və xərəklə ambulansa aparılır. Həmin vaxt "qurbanın" köynəyinin düymələri bağlı olur. Lakin necə olursa o, 3,52-ci dəqiqədə ambulansa aparılarkən köynəyinin qabağı açıq olur.

Videonun 2,40-cı dəqiqəsində maşının arxasına uzadılmış iki uşağın üzərinə su püskürdülür. Sağ tərəfdə hər hansı bir tüstü görünmür.

4,19-cı dəqiqədə sağ tərəfdə tüstülənmə görünür. Və bayaqkı uşaqlar yenidən yuyulur.

Diqqət çəkən digər mühüm məqam ondan ibarətdir ki, "Kimyəvi hücum"un olduğu məhlədə azyaşlılar və qadınlar sərbəst şəkildə gəzirlər.

Xatırladaq kiSuriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzindən bildirilmişdi ki, İdlibdə ABŞ-ın və Yaxın Şərqin bir neçə kanalının köməyilə "kimyəvi silahlı hücum"la bağlı 9 səhnə çəkilib.

"Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin təkzibolunmaz məlumatına görə, sentyabrın 11-də  İdlib əyalətinin Cisr Əş-Şuqur yaşayış məntəqəsində bir sıra Yaxın  Şərq kanalları və Amerika xəbər telekanalının regional filialı tərəfindən guya Suriya Ordusunun dinc sakinlərə qarşı  "kimyəvi hücum"unu əks etdirən  saxta səhnələr çəkilib", - deyə məlumatda bildirilir.

Çəkilişdən sonra "Ən-Nusra" terrorçularının və "Ağ dəbilqəlilər"in iclasında bunlardan 2-si BMT və Kimyəvi Silahların Qalağan Olunması Təşkilatına verilməsi üçün, qalanları isə sosial şəbəkələrdə yayılması üçün seçilib. 

Bildirilir ki, "Kimyəvi hücum" barədə saxta səhnələr üçün terrorçular Hələbdən valideynləri ilə birlikdə 22 uşaq seçiblər, daha bir qrup yetim uşaq isə "Ən-Nusra" həbsxanalarından götürülüb.

Belə bir məlumat var ki, daha bir "kimyəvi hücum" səhnəsi İdlibin Kafr-Zet şəhərində hazırlanır.

Bütün materiallarda "zərərçəkən" suriyalılara guya "Ağ dəbilqəli"lər "kömək edir". 

Məqalədə : Ağ dəbilqəlilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
311

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
179

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
202

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
227

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
277

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
213
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 06:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru