Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Sentyabr

2018
09:36
Hillari Klinton: Tramp və tərəfdarları o qədər alçaq işlər gördü ki...

ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Hillari Klinton ABŞ demokratiyasının təhlükədə olduğu xəbərdarlığını səsləndirib.

FaktXəbər-in məlumatına görə, Klinton "Atlantik" jurnalı üçün yazdığı "ABŞ demokratiyası böhranda" başlıqlı məqaləsində prezident Donald Trampı ittiham edib.

Trampın 2016-cı ildə keçirilən prezident seçkilərində apardığı çirkin kampaniya səviyyəsindən də aşağı düşdüyünü qeyd edən Klinton, "Tramp rəhbərliyi uşaqları ailələrindən fərqləndirən miqrant siyasəti ilə ölkədə açıqlaması verilməsi mümkünsüz zülmlərə səbəb oldu", - deyə bildirib.

Klinton məqaləsində belə yazır:

"Tramp və tərəfdarları o qədər alçaq işlər gördü ki, artıq hamısını təqib etmək çətindir. Hətta bunun bizim gözümüzü hədəfdən yayındırmaq üçün bir taktika olduğunu düşünürəm. Hədəfimiz əlbəttə ki, Amerika demokratiyasını qorumaqdır. Vətəndaşlar olaraq bu bizim ən mühüm vəzifəmizdir. Və bu an demokratiyamız böhran içindədir".

ABŞ prezidentinin 5 cəbhədən demokratiyaya hücum etdiyini bildirən Klinton, Trampın prezident seçkilərində Rusiya ilə əməkdaşlıq iddiaları seçkilərin etibarlılığına, Rusiyanın müdaxiləsini araşdıran Ədliyyə Nazirliyinin araşdırmasına mane olma səyləri ilə hüquqa, yalan açıqlamaları və davamlı şəkildə medianı yalançılıqda ittiham etməsi ilə mətbuata, irqçi və ayrı-seçkilik siyasəti ilə ölkənin birliyinə və demokratiyasına hücum etdiyini vurğulayıb.

Klinton həmçinin Trampın kabinetdən qazanc üçün istifadə etdiyini yazıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hillari Klinton 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 22:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com