Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2018
13:41
Rusiya: `Boeing 777`nin Ukrayna tərəfindən vurulmasını sübut edən səsyazısı var - VİDEO

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətində Malayziya şirkətinə məxsus "Boeing 777" təyyarəsinin vurulması ilə əlaqədar Moskvada brifinq keçirib.

FaktXəbər RT-yə istinadən bildirir ki, brifinqdə yeni məlumatlar açıqlanıb. 

Amsterdamdan Kuala Lumpura MN17 reysi ilə uçan təyyarə 2014-cü il iyulun 17-də Donetsk yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 15 heyət üzvü və 283 sərnişindən sağ qalan olmayıb. 

Təyyarənin vurulduğu "Buk" zenit sisteminin yaradıcısı olan Rusiyanın "Almaz-Antey" konserinin araşdırmasına görə, "Boeing" təyyarəsinin vurulduğu ərazi həmin vaxt Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarət altında imiş.

Bildirilir ki, təyyarənin vurulduğu raket sistemi Ukraynaya 1986-cı ildə göndərilib və SSRİ dağıldıqdan sonra geri qaytarılmayıb. Bundan əlavə, Rusiya tərəfindən "Buk" raketinin göndərildiyi kimi təqdim edilən videonun da montaj edildiyi sübut olunub.

"Əlimizdə ukraynalı hərbçilərin 2016-cı ildə telefon danışıqları ilə bağlı səsyazısı var. Bu onu deməyə əsas verir ki, "Boeing 777" təyyarəsinin qəzasında Ukrayna tərəfinin birbaşa əli var",- deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Ukrayna Donetsk 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 01:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com