Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2018
13:27
Kemp Devid müqaviləsindən 40 il ötür - FOTO

Kemp Devid Konvensiyası Misir dövlət başçısı Ənvər Sədatla İsrail baş naziri Menahem Begin arasında 12 gün davam edən gizli razılaşmadan sonra Kemp Deviddə 17 sentyabr 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin himayəsi altında reallaşan müqavilədir. Bu müqavilə ilə ilk dəfə bir ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmiştir. 

Saziş altı ay sonra (26 mart 1979) imzalanacaq sülh sazişinin əsasını təşkil edirdi. Bu sazişiə görə İsrail hərbi birliklərini Sina yarımadasından çəkəcək və Misir ilə diplomatik münasibətlərini normallaşdıracaqdı. 

Diplomatik münasibətlər 1980-ci ildə normallaşdı. İsrailin ümid etdiyindən daha az olmaqla birlikdə ticarət əlaqələri canlandı. 1980-ci ilin martında hava yolu nəqliyyatı və Misirdən İsrailə neft satışı başladı. Bu müqavilə ilə İsrail tərəfindən "Altı gün" müharibəsində ələ keçirilən Sina yarımadası Misirə geri verildi. Sülh danışıqlarının nəticəsi olaraq Menahem Begin və Ənvər Sədat 1978-ci ilin Nobel Sülh mükafatını birlikdə aldılar.

Müqaviləni Misir-ABŞ və İsrail-ABŞ arasında qarşılıqlı məktublaşmalar da müşayiət etmiştir.

Müqavilənin şərtləri bunlar idi:

- İsrail Sina yarımadasından çıxacaq, buna qarşılıq olaraq isə Misir İsraili rəsmən tanıyacaq və diplomatiyaya başlayacaq.

- Qəzza və İordan çayının qərb sahilində yaşayan fələstinlilərə Misir və İordaniyanın müəyyən edəcəyi şəkildə muxtariyyət veriləcək.

- Muxtariyyət statusunu müəyyənləşdirmək üçün Misir-İordaniya-İsrail-Fələstin arasında 3 il sonra təkrar görüş keçiriləcək.

- İsrail və İordaniya arasında sülh danışıqları başlayacaq.

- İsrail Fələstində əsgər sayını azaldacaq.

- Amerika F-16 təyyarələri də daxil olmaqla İsrailin bütün hərbi ehtiyaclarını təmin edəcək.

- İsrailin Sina yarımadasında işğal etdiyi, amma müavilənin şərtlərinə görə Misirə qaytarılan Abu Rudeis və Ras Sudar neftlərindən hər il 4.5 milyon ton neft İsrailə satılacaq. Bu məsələdə bir çatışmazlıq olarsa, yəni Misir nefti satmaq məsələsində bir problem yaradarsa, Amerika İsraili neftlə təmin edəcək.

- Misir müqavilənin şərtlərinə əməl etməsə, ya da bu müqaviləni hər hansı bir formada pozarsa, Amerika görüləcək tədbirlər məsələsində İsrailə müzakirə aparacaq.

- Amerika bundan sonra Misir ilə İsrail arasında əldə ediləcək müqavilənin "Yekun sülh müqaviləsi" olması məqamı ilə razılaşır.

- Amerika Təhlükəsizlik Şurası bu müqaviləyə zidd olaraq təqdim edilən hər bir qərar layihəsinin əleyhinə səs verəcək. (Bu maddə sayəsində İsrailin əleyhinə olan ən kiçik bir hərəkətin qarşısı əvvəlcədən alınmış olur.)

- Amerika İsrailin əleyhinə olan heç bir təklifə qoşulmayacaq.

- Amerika İsrailin varlığına, təhlükəsizlik və suverenliyinə yönəlmiş hər cür təhdid vəziyyətində, İsrail hökuməti ilə məsləhətləşmələr aparacaq və İsraili hər vasitə ilə dəstəkləyəcək. (Daim İsraili dəstəkləyən Amerika bu maddə ilə ilk dəfə rəsmi şəkildə mövqeyini ortaya qoyur.)

- Amerika və İsrail böhran vəziyyətində Amerikanın edəcəyi yardımları müəyyən etmək üçün bu müqavilənin imzalanmasından etibarən iki ay ərzində başqa müqavilə hazırlayacaq.

- Amerikanın bu öhdəlikləri yerinə yetirməsi, nə Misirin mövqeyindən, nə də ərəblərlə İsrail arasındakı münasibətlərin formasından asılı olmayacaq.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 22:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com