Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
15:50
Balakəndə yol qəzası baş verib, xəsarət alan var

Balakən rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sentyabrın 14-də səhər saatlarında Balakən rayonunun Gərəkli kənd sakini Ramiz Cəlal oğlu Taşov idarə etdiyi “VAZ-21154” markalı 90 XE 041 dövlət nömrə nişanlı minik avtomobil ilə Balakən şəhər sakini, 1996-cı il təvəllüdlü Vasif Asif oğlu Qasımovun idarə etdiyi “Mersedes” markalı 08 BG 618 dövlət nömrə nişanlı minik avtomobilini arxadan vurub. Nəticədə V.Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və döş qəfəsinin əziyi diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Məqalədə : Balakən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 13:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com