Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
15:25
London Məhkəməsi Ukraynanın apellyasiya şikayətini təmin edib

Ukrayna Rusiya qarşısında üç milyard dollar borc üzrə London Məhkəməsində apelyasiya şikayətini qazanıb. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məhkəmə mübahisə ilə bağlı yeni dinləmələr keçirilməsi barədə qərar qəbul edib.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, məhkəmənin qərarı mübahisənin nizama salmasını müəyyən müddətə təxirə salır. 

Qeyd edək ki, rəsmi Moskva 2013-ci ildə qeyri bazar şəraitində Ukraynanın avrobondlarını üç milyard dollar alıb. 2015-ci ilin sonunadək Kiyev borcu normal qaytarıb, amma sonra bu istiqrazlar üzrə defolt olub.

Rusiya Maliyyə Nazirliyi London Ali Məhkəməsində bu məsələ ilə bağlı iddia qaldırıb və 2017-ci ilin martında onu udub. 

Məqalədə : Ukrayna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 12:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com